• cümə axşamı, 18 aprel, 19:41
  • Baku Bakı 21°C

"Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edin

06.12.16 15:59 900
"Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edin
07 dekabr 2016-cı il tarixindən etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq. Bu haqda "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
"Bakı Metropoliteni" QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!
Qeyd: 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.
banner

Oxşar Xəbərlər