• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Cəbrayılda mülki şəxs minaya düşüb - RƏSMİ

22.01.21 11:55 366
Cəbrayılda mülki şəxs minaya düşüb - RƏSMİ
Yanvarın 22-dəAzərbaycan Respublikası Minatəmizləmə Agentliyininəməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunubvə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər