• şənbə, 20 Aprel, 14:23
  • Baku Bakı 23°C

Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib

20.11.17 17:53 2863
Cəbhəyanı poliqonlarda döyüş atışları yerinə yetirilib
Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnikZakir Həsənovkomanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər