• cümə, 19 Aprel, 21:24
  • Baku Bakı 24°C

Cəbhədə şəhid olan zabitimiz dəfn edildi

24.01.14 17:05 1399
Cəbhədə şəhid olan zabitimiz dəfn edildi
Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələrinin cəbhənin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərini atəşə tutması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1978-ci il təvəllüdlü kapitan Cəfərov Elnur Cəfər oğlu doğulduğu Şərur rayonunda dəfn edilib. Lent.az-ın məlumatına görə, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan zabitimiz rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Foto və ilkin informasiyanı jurnalist Məmmədəli Qaribli Şərurdan paylaşıb.
banner

Oxşar Xəbərlər