• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

Cəbhədə gərginlik artır, atəşkəs 60 dəfə pozulub

03.12.16 10:51 731
Cəbhədə gərginlik artır, atəşkəs 60 dəfə pozulub
Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonununAğdam, Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx,Ağdamrayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Şuraabad, Mərzili,Füzulirayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli,Xocavəndrayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Füzuli,XocavəndvəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
banner

Oxşar Xəbərlər