• cümə, 29 Mart, 18:03
  • Baku Bakı 14°C

Cəbhədə erməni təxribatı davam edir

18.07.14 08:16 1103
Cəbhədə erməni təxribatı davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
banner

Oxşar Xəbərlər