• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Cəbhədə atışma: erməni hərbçiləri yaralandı

04.06.13 12:36 1413
Cəbhədə atışma: erməni hərbçiləri yaralandı
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində atışma olub.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, cəbhənin Kəlbəcər rayonu istiqamətində atışma olub. Döyüşlərdən sonra Azərbaycan hərbçiləri öz mövqelərinə çəkilib, itki barədə məlumat yoxdur.
Atışma zamanı erməni tərəfdən bir neçə hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə hazırda ön xətdə vəziyyətin nəzarət altında olduğunu bildirib.
Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə APA-ya bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.
Azərbaycan Müdafiə Nazirliyindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
banner

Oxşar Xəbərlər