• şənbə, 20 Aprel, 01:38
  • Baku Bakı 15°C

Cəbhədə 8 şəhid vermişik, telekanallarımızda çal-çağırdır...

01.08.14 09:50 1533
Cəbhədə 8 şəhid vermişik, telekanallarımızda çal-çağırdır...
Bu gecə cəbhədə ordumuz xeyli itki verib. Ən son məlumatlara görə, ermənilərin hücumunu dəf edərkən 8 hərbçimiz şəhid olub. Bu son illər cəbhədə Azərbaycan ordusunun ən böyük itkisi hesab edilir və vəziyyətin xeyli gərginləşməsindən xəbər verir.
İnternet mediasının baş verənlərə operativ reaksiyasına baxmayaraq, telekanallar ordumuzun, ümumilikdə isə Azərbaycan xalqının verdiyi bu itkiyə laqeyd münasibət bəsləyir. Telekanallarımızda bu barədə bildirilməməsi azmış kimi, şou-əyləncə verilişləri, çal-çağırlar davam edir. "ATV", “Lider Tv”, “Space”, “Xəzər TV”, hətta İctimai Televiziya da əyləncə verilişlərinə, şən musiqilərə ara vermir.
Halbuki verilişləri təxirə salmaq və ya ən azından bu şən əhval-ruhhiyənin miqdarını müəyyən qədər azaltmaq olardı.
banner

Oxşar Xəbərlər