• cümə, 29 Mart, 18:53
  • Baku Bakı 14°C

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər

21.02.18 13:00 634
Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər
"Şəxsi nümayəndənin qrupunun genişləndirilməsi ön cəbhədə gərginliyin azaldılmasına və sabitliyin möhkəmlənməsinə təsiri ola biləcək etimadın gücləndirilməsi addımı kimi nəzərdən keçirilə bilər. Ön cəbhədə gərginliyi və ölüm hallarının sayını azaldan istənilən addımları dəstəkləyirəm”.
APA-nın məlumatına görə, bunuATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın "news.am” saytına müsahibəsində deyib.
O bildirib ki, genişləndirilmiş qrupa beynəlxalq əməkdaşlar daxil olacaq, onlar şəxsi nümayəndənin hazırkı səhra köməkçilərinin gördüyü işi görəcəklər.
Bunun qoşunların cəbhə xəttində keçirilən monitorinqlərin sayının artırılmasına təsir edib-etməyəcəyinə gəldikdə, A. Kaspşik qeyd edib ki, əlavə personalın mövcudluğu monitorinqlərin daha tez-tez keçirilməsi üçün potensial yaradacaq.
A. Kaspşik xatırladıb ki,ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipi 2016-cı ildə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda keçirilən görüşlərində qəbul olunub: "Mən prezidentlərin qərarını dəstəkləyirəm və bu təşəbbüsün konstruktiv məcrada irəliləməsi üçünATƏTsədrliyi, həmsədrlər və tərəflərlə daim təmaslar saxlayıram”.
banner

Oxşar Xəbərlər