• cümə axşamı, 28 mart, 21:09
  • Baku Bakı 13°C

Cəbhə bölgəsində son durum

02.08.14 10:27 1904
Cəbhə bölgəsində son durum
Qazax rayonunun sərhəd kəndlərində hazırda ara-sıra silah səsləri eşidilir.
Milli.Az-a rayonun cəbhə bölgəsində yerləşən Kəmərli kənd sakinlərinin verdikləri məlumata görə, indilərdə düşmənlərin silahı susub. Onun sözlərinə görə, gecə saatlarında ermənilər artilleriya və iriçaplı silahlardan kəndi atəşə tutublar. Lakin düşmənə layiqli cavab verilib.
Kənd sakinləri deyirlər ki, atışma zamanı düşmən tərəfin də itki verməsi ehtimalı böyükdür.
Bir məqam da xüsusi vurğulandı ki, düşmən tərəfdən vuruşanlar yalnız əsgərlər olmayıb. Belə ki, səngərlərdə mükli geyimli şəxslər də gözə dəyib ki, bu da ermənilərin muzdlulardan istifadə etməsi barədə rəy formalaşdırır.
Cəfərlidə isə hələ də avtomat və iriçaplı silahlardan atılan atəş səsləri eşidilir.
Kənd sakinləri bildirirlər ki, Azərbaycan Ordusu cəbhə xətti boyunca möhkəmlənib. Belə ki, sərhəd kəndlərə zirehli texnika, əlavə silahlı qüvvələr cəlb edilib.
Qazaxda kəndlərin boşaldılması barədə mediada əksini tapan məlumatlar isə cəfənfiyyatdır. "Kəndlərdə bir sakin belə yerindən tərpənməyib. Ümumiyyətlə, bu barədə düşünənlər belə yoxdur. Əksinə, insanlarımızda ruh yüksəkliyi var. Hətta silah tələb edib vuruşmaq istəyənlər də var", - bunu da kənd sakinləri deyirlər.
banner

Oxşar Xəbərlər