Cəbhə bölgəsində sahikarlara güzəştli kreditlər verilib - Fotolar
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlara maliyyə dəstəyinin
göstərilməsi tədbirlərini davam etdirir.
Bu istiqamətdə növbəti tədbir – sahibkarlığın
güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Ağdam rayonunun
Quzanlı qəsəbəsində keçirilib.
90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam
rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr
aparılıb və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik,
pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı
müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı
keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək
hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif
Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin
investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 milyon manat güzəştli kredit
verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin
açılmasına imkan yaratdığını vurğulayıb. Fondun güzəştli kreditləri
hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən
layihələr barədə məlumat verən Arif Vəliməmmədov qeyd edib ki, "Qaçqınların və
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın
investisiya layihəsinin maliyyələşdirilməsinə 41 milyon manat (bugünkü tədbirdə
verilən kreditlər də daxil olmaqla) kredit verilib.
İşgüzar forum
çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən
sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən,
cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və s. sahələrin inkişafına
yönəldiləcəkdir.
Ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi
rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya
layihəsinin maliyyələşdirilməsinə 36,8 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində
güzəştli kredit hesabına maliyyələşdirilmiş "Qara
inək fermer təsərrüfatı" MMC-nin cins iribuynuzlu müasir
heyvandarlıq kompleksinə baxış keçirilib.
Qeyd edək ki, ötən ilin
aprel ayında ermənilər tərəfindən atəşkəsin
pozulması nəticəsində "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi
ziyan dəymiş, çoxlu sayda mal-qara tələf olmuşdu. İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təsərrüfata əlavə
güzəştli maliyyə dəstəyi göstərilmiş və təsərrüfat fəaliyyətini bərpa edib.