• cümə, 19 Aprel, 08:06
  • Baku Bakı 13°C

C.Cabbarlının 120 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək

13.05.19 14:30 599
C.Cabbarlının 120 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək
"Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi may ayının 10-dan Azərbayca Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Müasir cəmiyyətdə maaarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği” adlı layihənin icrasına start verib.

Birlikdən verilən məlumata görə, layihənin məqsədi Azərbaycan mədəniyyətinin inkişafına, milli ədəbiyyatımızın, incəsənətimizin təbliğinə, maarifçi ziyalılarımızın ədəbi irsinin öyrənilməsinə diqqəti artırmaqdır. Bu baxımdan görkəmli dramaturq, fəal maarifçi, tanınmış ictimai xadim C.Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində iyun ayında ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə dramaturqun doğulduğu Xızı şəhərində "C.Cabbarlı günü” keçiriləcək, yazıçının anadan olduğu, indi isə Ev Muzeyi kimi fəaliyyət göstərən Cabbarlı ocağına qonaqların ekskursiyası təşkil olunacaq. Maarifçiliyin inkişafı məqsədi ilə iyul ayında dramaturqun həyat və yaradıcılığından bəhs edən kitabın nəşri, eləcə də C.Cabbarlının poeziya nümunələrinin toplandığı digər kitabın işıq üzü görməsi üçün işlər həyata keçiriləcək. Avqust ayında çap olunmuş yeni kitablar isə geniş ictimaiyyətə təqdim ediləcək.
banner

Oxşar Xəbərlər