“Cavidin “ayağı” İrəvana dəyməməli idi”
80 illik ömrünün geridə
qalan illərinə boylananda daha çox qürurlanmağa haqqı var. Bu illər ərzində fəaliyyət göstərdiyi bütün
sahələrdə vicdan və şərəflə işləməyə çalışıb. Hazırda təqaüddə olan polkovnik
Həmid Cəfərov fəaliyyəti haqqında danışanda dahi şair Hüseyn Cavidin nəşinin
vətənə gətirilməsindəki xidməti ilə də qürur duyur.
Həmid Cəfərov
1938-ci ildə Naxçıvanda, Qaraxanbəyli kəndində doğulub. Orta təhsilini
Qaraxanbəyli kənd, Naxçıvan Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom - indiki
Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərində alıb. Hərbi
xidmətini başa vurandan sonra Artyomdakı neft mədənlərində çilingər kimi əmək
fəaliyyətinə başlayıb. Çalışqanlığı, zəhmətkeşliyi tezliklə Artyom rayon
komsomol təşkilatında komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilməsinə
səbəb olub. İşgüzar gənc təhsilini davam etdirməyi də unutmayıb. Azərbaycan
Dövlət Universitetində təhsil alıb. Daha
sonra respublikanın ayrı-ayrı rayonlarında komsomol və partiya orqanlarında
çalışıb. Bacarığı, işgüzarlığı nəzərə alınaraq,
1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilib. Həmid
Cəfərov 1976-1978-ci illərdə təbliğat və təşviqat, partiya işi şöbələrinin
müdiri vəzifələrində çalışıb. O ,həmçinin Moskvada Sov.İKP MK-nın yanında
İctimai Elmlər Akademiyasının dinləyicisi olub. İşinə məsuliyyəti və bacarığı
nəzərə alınaraq, ona daha yüksək vəzifələr həvalə edilib. H.Cəfərov 1980-ci
ildə X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan
Vilayət Partiya Komitəsinin büro və plenum üzvü, ideoloji iş üzrə vilayət
partiya komitəsinin katibi seçilib. İşinə bağlılığı və məsuliyyəti Vətəninə
olan sevgisindən qaynaqlanıb. Bu keyfiyyətləri o zaman Azərbaycan
KP MK-nın birinci katibi olan Heydər Əliyevin də diqqətindən yayınmayıb. Ulu
öndər məhz bu xüsusiyyətlərini nəzərə alaraq, dahi şair və dramaturq Hüseyn
Cavidin nəşinin Azərbaycana gətirilməsin ona həvalə edir.
"1982-ci
il oktyabrın 3-də Heydər Əliyev Naxçıvanda səfərdə olarkən şərəfli
bir işə xeyir-dua verdi. Cavidsevərlərin müqəddəs bir arzusunun
reallaşmasına geniş imkanlar açıldı”- deyə Həmid Cəfərov yaddaşından heç zaman
silinməyəcək anları yenidən xatırlayır: "1956-cı il martın 6-da
Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra şairin
cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə
cəhdgöstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə
bir məsələnin reallaşması müşkülə çevrilmişdi. Uzaq və soyuq Sibirdəki
dəmir seyflərin açılması, "sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin
məzarının ucsuz-bucaqsız çöllərdə axtarılıb-tapılması və nəhayət, Azərbaycana
gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq
Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.
Ulu öndərin adı, şərəfli bir işə dəstək olması Cavidin mənəvi övladları olaraq
bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər
Əliyevin özü rəhbərlik edirdi. Heydər Əliyev "Bakinski raboçi”
qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, Cavidin cənazəsinin
qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir
dövlətin birinci şəxsinə - Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnevə,
həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Vladimiroviç Andropova
müraciət edib. Həqiqətən belə bir məsələni həll etmək üçün SSRİ kimi böyük bir
dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq
vacib idi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə
bilərdi”.
Həmid Cəfərovun rəhbərliketdiyinümayəndəheyətinintərkibində
Naxçıvan MRdaxiliişlərnazirininmüaviniTelmanƏliyevvə Babəkrayonundakı kombinatınınfəhləsi,
SSRİAliSovetinindeputatıZakirNəsirovda vardı.
Həmid Cəfərov dahi şairin cəsədinin qalıqlarını
gətirmək üçün Sibirə yollandıqları vaxtı, həmin ərəfədə yaşadıqları
çətinlikləri indi bir yuxu kimi xatırlayır. Ancaq bu yuxuda hər şey həqiqətdir:
"Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv
sənədləri araşdırıldı. Müəyyən olundu, Hüseyn Cavid 1941-ci il dekabrın
5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib və
Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün
sonra isə Sov.İKP İrkutsk Vilayət Komitəsində görüş zamanı Cavidin
məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk
vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən
21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına
sərəncam verildi. Sibirdə olarkən Cavidin "sakini olduğu” əlillər evinin
1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko
kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi
sarsıdırdı. Eyni zamanda 30 dərəcə şaxtada həmin yerlərə getməyin həm
mümkünsüz, həm də təhlükəli olduğunu deyirdilər. Lakin bu məlumatlar bizi
yolumuzdan saxlaya bilməzdi. Bizim təkidli və təkrarsız xahişlərimizdən sonra
zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin "gedər-gəlməz”
saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə
istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə,
səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci
ildə Cavidin "həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi
işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O, Şevçenkoda 40 min insanın
dəfn olunduğu qəbiristanlığın dağılmadığını əminliklə bildirirdi. Oktyabrın
21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt
Sibir meşəsi idi. Məzarlıq tapıldı. İki saat axtarışdan sonra isə
Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri tapdı və
qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı.
Hüseyn Cavid 59 saylı qəbirdə uyuyurdu... Cavidin cənazəsinin qalıqlarını
torpaqdan götürdük. Şəriət qanunlarına uyğun olaraq ehsan verilməklə, həmçinin
100 illik yubileyi ilə bağlı 100 yaylım atəşi ilə Cavidin xatirəsi yad edildi”.
Əvvəlcədən planlaşdırıldığı kimi, Hüseyn Cavid
Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Vətənə "qayıtmalı”
idi. İrkutskdan Moskvaya uçarkən stüardessa Həmid Cəfərova Bakıdan gələn
tapşırığı çatdırıb: "Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da
861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”. Ulu öndərin tapşırığı ilə
marşrut dəyişdirilir: "Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi.
Cavidin "ayağı” İrəvana dəyməməli idi. Cavid Bakıdan getmişdi, Bakıya da
qayıtmalı idi”.
1982-ci il oktyabrın 26-da Cavid öz vətən
oğullarının çiynində Bakıya, daha sonra doğulduğu Naxçıvana qayıtdı. "Dahi
şairi qızı Turan Cavid, sənət adamları və ictimaiyyətin nümayəndələri müşayiət
edirdi. Şəhərin təyyarə meydanı çox izdihamlı idi. Muxtar respublikanın
görkəmli adamları, ictimaiyyətin nümayəndələri Cavidin cənazəsini gətirən
təyyarəni qarşılamağa gəlmişdilər. Həmin gün H.Cavidin cənazəsinin qalıqları
onun vaxtı ilə yaşadığı, hazırda ev-muzeyinə çevrilmiş binaya gətirildi.
1982-ci il noyabrın 3-də Naxçıvan Dram Teatrında vida görüşündən sonra saat
15.00-da Hüseyn Cavid Naxçıvan şəhərində - Cavid bağında torpağa tapşırıldı”.
Həmid Cəfərov böyük şairin cəsədinin uzaq Sibirdən gətirilərək doğma
torpağında basdırılması hadisəsinin iştirakçısı olmasını ömrünün ən yaddaqalan
hadisəsi adlandırır. Bunu ulu öndərin ona göstərdiyi yüksək etimadı
doğrultmaqla bərabər, böyük şairin ruhu qarşısında borcu hesab edir.
Hazırda təqaüddə olan Həmid Cəfərov
iştirakçısı olduğu hadisə ilə bağlı əldə etdiyi sənədlər əsasında kitab hazırlayır.
İllərdən bəri topladığı şəkilləri, bu mövzuda yazılan qəzetləri, jurnalları göz
bəbəyi kimi qoruyub saxlayır. Bunu özünün mənəvi borcu sayır. Söz düşəndə, qürurla "fəxr edirəmki,HeydərƏliyevbuməsuliyyətliişiməhz
mənə həvaləetdi” deyir. 80 yaşlı təqaüdçünün gənclərə
tövsiyəsi də var: "Arzum budur ki, böyüyən nəsil repressiya illərinin dəhşətli
günləri haqqında məlumatlı olsunlar. Vətənini sevən, onun uğrunda əzablara
qatlaşan, sürgünlərdə məhv edilən görkəmli insanları yaxşı tanısınlar. Bu,
onların vətənpərvər ruhda böyüməsinə, tarixinə, keçmişinə hörmətlə yaşamalarına
kömək edər”.
Təranə Məhərrəmova