AZE | RUS | ENG |

Cavid Hüseynov “Adana Dəmirspor”dan ayrılır

Cavid Hüseynov “Adana Dəmirspor”dan ayrılır
Onun komandası maddi problemlərlə üzləşib


Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov klubunu dəyişmək fikrinə düşüb. Bu barədə apasport.az saytına 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O bildirib ki, cari mövsümdən şərəfini qoruduğu Türkiyənin “Adana Dəmirspor” klubunda vəziyyət ürəkaçan deyil. Birinci liqa təmsilçisində artıq 3-cü baş məşqçi ilə işləməli olan Hüseynov maddi problemlərlə üzləşib.
“Komandanın mənə borcu var. Klub prezidenti ilə söhbətim olub. Deyirlər ki, Türkiyədə belə şeylər olur, normal sayılır. Ancaq bu, peşəkar futbolçunun çıxışına mənfi təsirini göstərir. Bu səbəbdən klubumu dəyişməyi düşünürəm. “Adana Dəmirspor”da vəziyyət ürəyim istədiyi kimi deyil. Bunu da gözləmirdim. Mən tərəfdən hər şey yerinə yetirilir. Mövsümün əvvəlində yaxşı oyunlar keçirdim. Ancaq klub verdiyi sözə əməl etmir. Bu da məndə hardasa ruh düşkünlüyü yaradır” – deyə, Hüseynov vurğulayıb.
Həmyerlimiz bu yay 2 illik müqavilə imzaladığı Adana təmsilçisindən sərbəst gedişində problem görmür: “Komanda məni pulsuz buraxmalıdır. Çünki pulumu almadığım təqdirdə Türkiyə Futbol Federasiyasına müraciət edəcəyəm. Onlar da mənə azad agent statusu verəcək. Klub da pulumu sonradan mənə ödəməyə məcburdur. Bu, yaxın vaxtlarda reallaşa bilər”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991