• çərşənbə axşamı, 22 oktyabr, 04:17
  • Baku Bakı 12°C

Cavad Zərif mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb

28.04.21 14:15 471
Cavad Zərif mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Əbülfəzl Amuli bildirib.
O qeyd edib ki, nazirə səs yazısının yayılmasına aydınlıq gətirməsi üçün komitənin növbəti iclasına gəlmək təklif edilib.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani tərəfindən Kəşfiyyat Nazirliyinə Cavad Zərifin səs yazısını oğurlayanları müəyyənləşdirmək tapşırılıb.
banner

Oxşar Xəbərlər