AZE | RUS | ENG |


Casim əl-Əli: İslam Həmrəyliyi İli” Azərbaycan tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür

Casim əl-Əli: İslam Həmrəyliyi İli” Azərbaycan tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür
İslam ölkələri böyük bir coğrafi əraziyə səpələnib və bu ölkələrin əhalisinin ümumi sayı bir milyarddan çoxdur. İslam ölkələrinin bir-birindən aralı məsafədə yerləşməsi müsəlman xalqlarının da müəyyən qədər uzaq düşməsinə gətirib çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dövlət Rəssamlıq Akademiyasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli” ilə bağlı keçirilmiş beynəlxalq festivalda iştirak edən Küveyt nümayəndə heyətinin başçısı, Küveyt Universiteti Sosial Elmlər Kollecinin dekan müavini Casim Məhəmməd əl-Əli deyib.

Küveyt nümayəndə heyətinin başçısı vurğulayıb ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi və bu çərçivədə keçirilən tədbirlər islam ölkələri arasında əlaqələri gücləndirəcək, xalqları bir-birinə daha da yaxınlaşdıracaq, qarşılıqlı mədəni mübadilə proseslərini artıracaq. Bu, Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3022
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6445
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0368
CHF 1 İsveçrə frankı 1.7698
USD 1 ABŞ dolları 1.7007