• cümə, 29 Mart, 03:25
  • Baku Bakı 7°C

Carlsberg Summer Cup futbol turnirinin finalı 14 iyulda baş tutacaq

12.07.19 21:20 10222
Carlsberg Summer Cup futbol turnirinin finalı 14 iyulda baş tutacaq
Bakıda ilk dəfə olaraq Carlsberg Summer Cup 2019 futbol turniri baş tutur. Turnirdə şirkətlər təmsil olunur. İyul ayının 11-də Pullman Baku otelində turnirə həsr olunmuş tədbir keçirildi. Tədbir Carlsberg Azerbaijan rəhbərliyini və iştirakçı komandaları bir araya gətirdi.
Carlsberg Azerbaijan-ın Baş direktoru Vyaçeslav Maltsev qonaqları salamlayaraq, turnir iştirakçılarının yüksək korporativ mədəniyyətini vurğuladı: ”Bizim tərəfimizdən təşkil olunmuş turnirə şirkətlərin göstərdikləri maraq və diqqət bizi çox sevindirir. Belə ki, bu turnir komanda bacarıqlarının inkişaf etdirilməsi baxımından bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, turnir Carlsberg Azerbaijan-da prioritet sahələr hesab olunan idman və sağlam həyat tərzinin vacibliyini vurğulamaq üçün gözəl imkandır.”
Baş direktor turnirin yarımfinal və final mərhələsinin iştirakçılarına uğurlar arzu etdi.
Carlsberg Summer Cup 2019 turnirinin yarımfinal mərhələsinə Access Bank, Caspian Engineering Solutions (CES), Medical Plaza və British American Tobacco (BAT) şirkətlərinin komandaları çıxıb.
Access Bank nümayəndəsi Elşən Pirmalıyev çıxışında təşkilatçılara öz minnətdarlığı bildirərək, bütün iştirakçılara uğurlar dilədi. Həmçinin, qeyd etdi ki, təmsil etdiyi komanda çempion adını qazanmağa layiqdir, lakin "Qoy Ən Güclü Qalib gəlsin” lozunqu bu turnir üçün də keçərlidir.
Caspian Engineering Solutions təmsilçisi Elnur Şixəliyev də təşkilatçılara idmana, xüsusilə də futbola göstərdikləri maraq və diqqətə görə təşəkkür etdi.
Tədbirdə çıxış edən British American Tobacco təmsilçisi Sergey Krasovskiy sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğuladı.
Korporativ komandalar arasında keçirilən futbol turnirindən yüksək təşkilatçılıq gözləmədiyini bildirən Medical Plaza nümayəndəsi Səid Fərzullayev görülmüş təşkilati işlərdən razı qaldığını, hətta gözləntilərini keçdiyini vurğuladı: ”Biz komandamızın nəticələri ilə fəxr etməklə yanaşı, həm də turnirin təşkil olunma səviyyəsindən çox razıyıq. Güclü olan qazansın!”.
Xatırladaq ki, Carlsberg Summer Cup 2019turnirində PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tabacco (BAT), Bakcell, Access Bank, Caspian Engineering Solutions (CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza komandaları çıxış edir. Şirkətlərin komandaları futbola biganə qalmayan əməkdaşlardan təşkil olunub. Turnir Bakı Tennis Akademiyasının meydançasında təşkil olunur.
Turnirin qrup mərhələsi 29-30 iyun, dörddə bir oyunları isə 6-7 iyul tarixlərində baş tutub. Yarımfinala çıxmaq uğrunda JTI – BAT, Access Bank – Soliton, CES – Antaris, Medical Plaza – Holcim komandaları mübarizə aparıblar. Nəticədə BAT, Access Bank, CES və Medical Plaza komandaları yarımfinala çıxa bilib. Turnirin yarımfinal oyunları 13 iyul, finalı isə 14 iyul tarixində keçiriləcək.
"Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü ildə - 8 mln. dekalitrdir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400-ə yaxın vasitəçi işləyir (distribütorlar, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon AZN təşkil edir. Şirkət portfelinə Xırdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Carlsberg, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər daxildir.
"Carlsberg Group” 1847-ci ildə yaradılıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində "Carlsberg Group”un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. "Carlsberg Group” əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.
banner

Oxşar Xəbərlər