• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Carlsberg Azerbaijan pivənin sirlərini açıqlayır - Fotolar

29.07.17 14:52 2263
Carlsberg Azerbaijan pivənin sirlərini açıqlayır - Fotolar
28 iyul ənənəvi olaraq avqustun əvvəllərində qeyd edilən Beynəlxalq pivə günü ərəfəsində ölkənin ən iri pivə istehsalı şirkəti olan Carlsberg Azerbaijan edutainment 1 formatında "pivə savadlılığının” artırılmasına yönələn xüsusi tədbir təşkil edib.
Artıq bir sıra ölkədə uğur qazanan "Pivə Somelyesi” istehlakçılara pivənin növü və çeşidləri, tarixi barədə danışır, pivə və yeməyin düzgün uyğunlaşdırılmasının, həmçinin, kulinariya şedevrlərinin hazırlanması zamanı kəhrəba rəngli içkinin əsas inqrediyent kimi istifadə olunmasının sirlərini açıqlayır.

Bu praktikanı davam etdirərək 28 iyul Carlsberg Azerbaijan Boulevard Hotel Autograph Collection ilə birlikdə Azərbaycanda Mətbuat Gününün 142-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Bu tədbirdə kulinariya və pivə işinin ekspertləri Azərbaycanın media nümayəndələrinə pivənin əsas növləri, onun masaya verilməsi və dequstasiyası qaydaları barədə danışıb, həmçinin, pivənin istifadə olunması ilə barbekyu üslubunda bir sıra xörəklərin hazırlanmasını nümayiş etdirib.

Daha sonra tədbirin qonaqları şef-aşpazın hazırladığı xörəklərin dadına baxmaq imkanı əldə edib. Hər bir xörəyin yanında Carlsberg Azerbaijan brendlərinin portfelindən müvafiq çeşiddə pivə təqdim olunub.

Milli Turizm Təbliğat Bürosunun Marketinq meneceri Cəmilə Talıbzadə: "Mən şadam ki, Milli Turizm Təbliğat Bürosu adından Carlsberg Azerbaijan şirkətinin təşkil etdiyi bugünki tədbirdə iştirak etmək və şirkətin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrə dəstək göstərməyə hazır olduğumuzu ifadə etmək şansı əldə etdim. Bu təşəbbüs çoxlarına sadəcə maraqlı zaman keçirmək və pivə və kulinariya haqqında məlumat əldə etmək üçün bir imkan kimi görünə bilər. Lakin, məsələyə digər prizmadan baxmağı təklif edirəm. Aydındır ki, bir çox Avropa ölkələrində pivə istehsalı və istehlakı mədəniyyəti o qədər populyardır ki, böyük diqqətə səbəb olur: tematik tədbirlər, bayramlar, festivallar təşkil olunur, hansı ki, bu tədbirlərə digər şəhər və ölkələrdən qonaqlar təşrif buyurur, və ümumilikdə turistləri ölkəyə cəlb edir. İstərdik ki, Carlsberg Azerbaijan şirkəti bundan sonra da Azərbaycan turizminə birbaşa və ya dolayısı ilə töhfə verən və ölkəyə qonaqları cəlb edəcək layihələr həyata keçirsin”.

Xörəklərin hazırlanması zamanı 19 illik pivəbişirən stajına malik olan və böyük qurman olan Carlsberg Azerbaijan-ın İstehsalat üzrə direktoru Konstantin Belugin qonaqlara pivənin seçilməsi və istehlakı barədə bir çox maraqlı məlumat verib:"Hesab edirəm ki, istehlakçılarımızın pivə barədə təsəvvürünü dəyişməyin vaxtı gəlib çatıb çünki pivə yalnız tanınan məhdud dairədə qəlyanaltılara uyğun olan bir içki deyil.
Pivə - müxtəlif çeşidləri kulinariyaya məlum olan, demək olar ki, bütün xörəklərlə uyğun olan bütöv bir kateqoriyadır. Bu gün biz tədbirin iştirakçılarını kulinariya və pivə ləzzətlərinin dünyasına baş vurmağa dəvət etdik və pivənin istehlakı barədə stereotiplərə son qoymağa çalışdıq. Düşünürəm ki, bu, Azərbaycanda pivə istehlakı mədəniyyətinin təkmilləşdirilməsi və inkişafı yolunda atılan ilk addımdır”.

Carlsberg Azerbaijan-ın Korporativ münasibətlər üzrə şöbəsinin rəhbəri Nadejda Ovsyannikova: "Pivə - zəngin tarixi, ənənələri, bir çox növü olan bir növ qastronomik ləzzətdir. Şef aşpazın təklif etdiyi cürbəcür yay menyusu pivə çeşidlərimizin özünəməxsusluğunu və nüanslarını çox gözəl əks etdirmişdir. Sözsüz ki, ölkədəki pivə çeşidlərini bir az da olsa tanıyan hər bir kəs 1 nömrəli Xırdalan brendi barədə bilir, lakin, "Pivə Somelyesi” layihəsi iştirakçıları digər çeşidlərimizlə də yaxından tanış etmək, pivə çeşidlərini düzgün şəkildə masaya verməyi və yeməklə uyğunlaşdırmağı onlara öyrətmək üçün çox gözəl bir platforma oldu”.

Boulevard Hotel-in Banket Sous Şefi Emil Qurbanov: "Baş aşpaz olaraq mən pivəni tez-tez kulinariyada istifadə edirəm və mənim işimin gözəlliyi ondan ibarətdir ki, çox zaman ən yaxşı yeməklər bədahətən yaranır və mən fikir vermişəm ki, hazırlanmasında pivə istifadə olunan yeməklər hər zaman qonaqlar tərəfindən bəyənilir. Mənim üçün ilk növbədə pivənin ət marinadı kimi istifadəsidir, və burada başlıca olaraq söhbət mal ətindən gedir, halbuki digər növ ətlər də pivədə marinə oluna bilər. Dəniz məhsullarını pivə ilə hazırlamağı isə şərabla hazırlamaqdan daha çox sevirəm. Pivədə krevetlərin pörtlənməsi, pivəli ətin sobada hazırlanması və ya kolbasaların pivədə pörlənməsi – hər biri olduqca ləziz nəticə verir. ”

"Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. 75%-dən artıq bazar payı ilə ölkənin pivəbişirmə sahəsinin lideri olan şirkət Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə vətəndaşın iş yeridir. Zavodun istehsal gücü ildə 10 mln. dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər insan işləyir və 400 nəfər vasitəli üsulla işləyir (distributorlar, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına qoyduğu sərmayələrin ümumi məbləği 47 mln. AZN, illik vergi ayırmaları isə 20 mln. AZN qədər təşkil edir. Carlsberg Azerbaijan-ın məhsulları Azərbaycanın bazarının təxminən 75%-ni (off-trade kanalı) əhatə edir. Bu Xırdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Балтика 4, Kuler, Əfsanə, Жигулевское фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon kimi məşhur brendlərdir.

Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyada ən iri pivə istehsalçılarından biridir. Şirkətin mənzil-qərargahı Danimarkanın paytaxtı, Kopenhagen şəhərində yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiya – onlarla ölkəsində zavodlara sahibdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 45000-dən artıqdır.


banner

Oxşar Xəbərlər