• cümə, 29 Mart, 16:11
  • Baku Bakı 14°C

Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

21.07.19 19:00 17254
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
Cari ilin yanvar-iyun aylarında Gürcüstanda 146 nəfər itkin düşüb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik hesabatında məlumat verilir.
Məlumatda deyilir ki, itkin düşənlərdən 16-sı xarici ölkə vətəndaşıdır. Ən çox itkin düşənlər Belçika vətəndaşlarıdır – 8 nəfər.
Cari ilin birinci yarısında, həmçinin 4 nəfər Səudiyyə Ərəbistanı, 2 nəfər Rusiya, 1 nəfər Qazaxıstan və 1 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü bildirilir.
Aparılan əməliyyat-axtarış və xilasetmə tədbirləri nəticəsində Belçika vətəndaşlarının 4-ü, Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Rusiya vətəndaşlarının isə 1-i sağ tapılıb.
banner

Oxşar Xəbərlər