• şənbə, 20 Aprel, 11:53
  • Baku Bakı 14°C

Cari ilin altı ayı ərzində Bakıda 297 yol-nəqliyyat hadisəsi baş verib

09.07.17 12:00 1460
Cari ilin altı ayı ərzində Bakıda 297 yol-nəqliyyat hadisəsi baş verib
Bu ilin birinci yarsında paytaxt ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTACxəbər verir ki, bu fikir Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində səsləndirilib.
Diqqətə çatdırılıb ki, hadisələr nəticəsində 84 nəfər ölüb, 264 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 faiz, xəsarət alanların sayı isə 22,8 faiz azalsa da, ölənlərin sayı 15,1 faiz artıb.
banner

Oxşar Xəbərlər