• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

Cari ilin 6 ayında İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2,2 dəfə artıb

11.08.19 15:34 5664
Cari ilin 6 ayında İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2,2 dəfə artıb
Cari ilin ilk 6 ayı ərzində İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2,2 dəfə artıb.
AZƏRTACxəbər verir ki, bu sözləri İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd deyib.Nazir bildirib ki, İran ilə Azərbaycan arasında iqtisadi sahədəki əlaqələr yüksələn xətt ilə inkişaf edir. Onun sözlərinə görə, qeyd olunan dövr ərzində ticarət dövriyyəsi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən İran müəssisələrinin sayında da artım müşahidə edilib.
"Bu gün Azərbaycan bazarında 1371 İran müəssisəsi fəaliyyət göstərir”,-deyən F.Dejpəsənd yaradılan birgə müəssisələrə də toxunub. Qeyd olunub ki, Neftçaladakı avtomobil zavodu fəaliyyətini uğurla davam etdirir. Zavodun istehsal etdiyi maşınlar yerli və xarici bazarlara çıxarılır. Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində əczaçılıq zavodunun tikintisi davam etdirilir və bu birgə müəssisə də uğurla fəaliyyət göstərəcək.
Nazir bildirib ki, iki qonşu və dost dövlətlər olan İran ilə Azərbaycan arasında nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində də geniş əməkdaşlıq əlaqələri mövcuddur.

banner

Oxşar Xəbərlər