• cümə axşamı, 18 aprel, 05:02
  • Baku Bakı 15°C

Cari ilin 6 ayında əsas kapitala 6331,7 milyon manat yönəldilib

16.07.18 10:10 393
Cari ilin 6 ayında əsas kapitala 6331,7 milyon manat yönəldilib
2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz az vəsait yönəldilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, bu azalma neft sektoruna investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,5 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 72,8 faiz artıb.
Ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 72,0 faizi məhsul istehsalı obyektlərinin, 20,7 faizi xidmət sahələri üzrə obyektlərin, 7,3 faizi isə ümumi sahəsi 946,4 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 54,3 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 14,7 faiz, büdcə vəsaitləri 24,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, digər vəsaitlər isə 0,6 faiz təşkil edib.
banner

Oxşar Xəbərlər