• cümə axşamı, 28 mart, 19:18
  • Baku Bakı 13°C

Cari ildə ölkədə 1112 minik avtomobili istehsal olunub

17.07.19 17:45 21012
Cari ildə ölkədə 1112 minik avtomobili istehsal olunub
Yanvar-iyun aylarında Azərbaycanda 1112 minik avtomobili istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, 6 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 129,1 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, maşın və avadanlıqların istehsalı 10 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb.
Hesabat dövründə, həmçinin 747 traktor istehsal olunub.
banner

Oxşar Xəbərlər