• cümə, 29 Mart, 00:16
  • Baku Bakı 7°C

Cari ildə 926 minik avtomobili istehsal olunub

20.06.19 16:00 518
Cari ildə 926 minik avtomobili istehsal olunub
Bu ilin yanvar-may aylarında 926 minik avtomobili istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, beş ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz azalıb.
Hesabat dövründə 631 traktor, 926 minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 28 faiz, ştanqlı quyu nasoslarının istehsalı 38,6 faiz artıb.
banner

Oxşar Xəbərlər