AZE | RUS | ENG |

“Cananı sevərmən” Özbək dilində çap olunub

“Cananı sevərmən” Özbək dilində çap olunub
2019-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə "Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanla yanaşı xarici ölkələrdə də çoxsaylı tədbirlər, layihələr həyata keçirilir. 

Orta Asiyanın zəngin mədəni və ədəbi ənənələrə malik Özbəkistanda Nəsimi yaradıcılığına böyük maraq var, hələ Sovet dövründə Nəsimi əsərləri qardaş ölkədə çap olunub. 

Verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Nəsiminin qəzəlləri Özbək dilinə tərcümə olunmuş və Daşkənddə çapdan çıxmışdır. 

"Cananı sevərmən” adlı kitab böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və "Nəsimi ili”nə həsr olunub. Qəzəlləri orjinaldan Özbək dilinə tanınmış Özbək alim, tərcüməçi Tahir Qaxxar çevirib. 

Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrə yazdığı "Ön söz”də Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlər yaratmış dahi Nəsiminin ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətlərini qeyd etmiş, Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edildiyini qeyd edib, Nəsiminin əsərlərinin Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazandığını yazıb. 

Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyevadır. "Cananı sevərmən” adlı kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi irsinə dair əlyazmaların surətləri, habelə Nəsiminin rubailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniaturların surətləri yer alıb.  

Kitabın Daşkənddə və Bakıda Azərbaycan və Özbək alimlərinin iştirakı geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır. 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019