• cümə axşamı, 25 aprel, 10:11
  • Baku Bakı 14°C

Camal Qaşıqcının qatilləri Türkiyədə cəzalandırılmalıdır

23.10.18 15:15 717
Camal Qaşıqcının qatilləri Türkiyədə cəzalandırılmalıdır
Jurnalist Camal Qaşıqcının qatilləri Türkiyədə cəzalandırılmalıdır.
Trend-in məlumatına göə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyəli lider qeyd edib ki, jurnalistin Türkiyədə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülməsini unutmaq olmaz: "Cinayət Türkiyədə törədilib və bu, Ankaranın həmin məsələyə diqqət ayırmasını zəruri edir".
Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalistCamal Qaşıqcının ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək.
Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan Camal QaşıqcıTürkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyətiCamal Qaşıqcının Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.
banner

Oxşar Xəbərlər