• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

Camal Əliyev Londonda konsert proqramı ilə çıxış edəcək

05.01.18 09:50 653
Camal Əliyev Londonda konsert proqramı ilə çıxış edəcək
Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev yanvarın 15-də Londonda Müqəddəs Ceyms kilsəsində konsert proqramı ilə çıxış edəcək.
AZƏRTACmusiqiçinin saytına istinadla xəbər verir ki, konsertdə F.Mendelson və S.Raxmaninovun əsərləri səsləndiriləcək. Camal Əliyev konsertdə Eunsley Park (skripka) və Daniel Evansla (fortepiano) birlikdə çıxış edəcək.
Əslən Koreyadan olan Eunsley Park həm solist, həm də kamera ansamblında skripkaçı kimi tanınır. O, bir çox festivallarda iştirak edib və beynəlxalq müsabiqələr laureatıdır.
Daniel Evans Böyük Britaniya, Almaniya, İspaniya, Çin, ABŞ və digər ölkələrdə solo konsert proqramları ilə çıxış edib və bir çox müsabiqələrin qalibi olub.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
banner

Oxşar Xəbərlər