• çərşənbə, 24 Aprel, 12:59
  • Baku Bakı 27°C

Camal Əliyev İngiltərədə konsert proqramı ilə çıxış edəcək

03.04.18 10:10 778
Camal Əliyev İngiltərədə konsert proqramı ilə çıxış edəcək
Aprelin 14-də Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev İngiltərənin Safron-Uolden şəhərində konsert proqramı ilə çıxış edəcək.
AZƏRTACSafron-Uolden Simfonik Orkestrinin saytına istinadla xəbər verir ki, Camal Əliyev konsertdə P.Çaykovskinin "Rokoko” mövzusunda variasiyalarını səsləndirəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
banner

Oxşar Xəbərlər