Cakartada minlərlə insan ABŞ-ın Qüds qərarına qarşı etiraz aksiyasına çıxdı
İndoneziyanın paytaxtı Cakartanın mərkəzində 40 mindən artıq insan ABŞ-ın Qüds qərarına qarşı etiraz aksiyasına toplaşıb.
Trend-in "The Straits Times" qəzetinə istinadən verdiyi məlumata görə, aksiya ABŞ səfirliyinin yaxınlığında yerləşən "Monas" abidəsinin qarşısında keçirilir.
Polis rəsmiləri bildirib ki, nümayişçilər gəlməkdə davam edir.
Aksiya sakit şəkildə davam edir.