• cümə, 26 Aprel, 21:30
  • Baku Bakı 22°C

Cahangir Hacıyev və digərlərinin şikayətləri təmin edilməyib

01.06.17 16:40 1433
Cahangir Hacıyev və digərlərinin şikayətləri təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, apellyasiya şikayətləri təmin edilməyib.
Məhkəmə təqsirləndirilən Məmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı ləğv edərək, bunun Cahangir Hacıyevdən tutulması ilə bağlı qərar da çıxarıb.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində həmin şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin iclasda vəkillər məhkəmə istintaqının aparılması barədə vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub. C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə Məmməd Cahangirov barəsində 7 il 6 aylıq şərti cəza müəyyənləşdirib.
banner

Oxşar Xəbərlər