• cümə, 29 Mart, 17:43
  • Baku Bakı 14°C

Cabbar Musayev: “Təranə Qumrala zəng edib dedim ki...“

03.10.13 17:39 2197
Cabbar Musayev: “Təranə Qumrala zəng edib dedim ki...“
Müğənni-bəstəkar Cabbar Musayevin Axşam.az-a açıqlama verib.
- Bildiyimizə görə, Təranə Qumralla barışmısınız...

- Bu məhkəmələr nə Təranə Qumrala bir xeyir gətirən deyil, nə də ki mənə... Əsəbdən və gərginlikdən başqa heç birimizə xeyri olmayacaq. Bir məhkəmə prosesini Təranə Qumral, birini isə mən uddum. Sonra gördüm ki, bu məhkəmə çəkişmələri hələ çox uzanacaq. Ona görə də Təranə Qumrala zəng edib dedim ki, sənə bu lazımdırsa, prosesləri yenə də davam etdirək - Apellyasiya, Ali Məhkəmə, Avropa Məhkəməsi və sair. Dedi ki, yox, mənə lazım deyil bu şeylər. Dedim ki, sənə lazım deyilsə, mənə də lazım deyil. Gəl bu işi donduraq, bitsin getsin. Təranə xanım da razılaşdı. Bizə qalan ancaq əsəb gərginliyi oldu.
- Təranə Qumral belə bir açıqlama verib ki, ilk barışıq təklifi Cabbar Musayevdən gəlib...

- Düzdür, mən zəng vurmuşam, demişəm ki, bu işi donduraq.
- Bundan sonra sizin münasibətləriniz düzəlibmi? Qarşı tərəflə tez-tez görüşəcəksinizmi?

- Xeyr, nə Təranə Qumral bu dəqiqə hazırlaşır mənimlə görüşməyə, nə də ki, mən... 17 il münasibətlərimiz necə olubsa, bundan sonra da elə davam edəcək. Mənim heç vaxt onun ailəsini dağıtmaq kimi bir fikrim olmayıb. Allah eləməsin. Bu barədə heç vaxt düşünə də bilmərəm. Onların biz Musayevlərə heç bir dəxli yoxdur. Mən bu işə qarışmamışam və qarışmaq niyyətim də yoxdur. Hər kəs şəxsi qərarını öz ailəsində verə bilər.
banner

Oxşar Xəbərlər