• çərşənbə axşamı, 19 mart, 15:07
  • Baku Bakı 8°C

Üç şairə 40000 dollar qrant

15.01.18 15:00 1137
Üç şairə 40000 dollar qrant
1960-cı ildə Con Keyc və Kesper Cons tərəfindən digər sənət sahələrindən olan xadimlərin yeni işlərinə maddi dəstək vermək üçün yaradılmış "Çağdaş Sənətlər Fondu” ("Foundation of Contemporary Art”) cari ilin yanvar ayının 8-də üç yeni şairə 40000 dollar qrant ayırdığını elan edib. "New York Times”-da yer alan xəbərə görə, fondun idarəedici direktorlarından rəssam Sesiliya Braun mətbuata verdiyi açıqlamada deyib: "Bir rəssam kimi poeziyanın dəstəyə ən çox ehtiyacı olduğu bu dönəmlərdə şairləri həvəsləndirəcək və şeirə sövq edəcək belə bir mükafatın olması məni çox sevindirir”.
Kelli və Cek Şiyerin xatirəsinə həsr olunmuş "Wright Award for Poetry” mükafatının qalibi 2004-cü ildən Fransada yaşayan "izah edilməsi çətin, amma əyləncə və duyğu vəd edən” kanadalı şair Liza Robertsona verilib.
2015-ci ildə işıq üzü görmüş "Qadınlar əleyhinə qiyafələr” ("Garments against women”) şeir toplusu ilə böyük maraq toplamış, "New York Times Book Review” dərgisində "həyatın üzünü köçürən kədərli, möhtəşəm, ehtiraslı müəllif” kimi təqdim olunan Missusuri doğumlu Ann Boyer isə "Cy Twombly Award for Poetry” mükafatına layiq görülüb.
Öz sahəsi üzrə aktivliyi zəifləməyən, iş prinsipiallığı və intizamı ilə fərqlənən yazarlar üçün nəzərdə tutulmuş "Roy Lichtenstein Award” mükafatını isə Nyu Yorklu şair-ədəbi tənqidçi Fred Moten əldə edib.
Qaliblər üçün nəzərdə tutulan qrant məbləği üç nəfər arasında bölüşdürüləcək.
banner

Oxşar Xəbərlər