• cümə axşamı, 28 mart, 17:46
  • Baku Bakı 16°C

Üç milli komandanı çalışdıran xorvatiyalı mütəxəssis koronavirusdan vəfat edib

14.12.20 09:30 540
Üç milli komandanı çalışdıran xorvatiyalı mütəxəssis koronavirusdan vəfat edib
Tanınmış xorvatiyalı baş məşqçi Otto Bariç vəfat edib.
Apasport.az saytının məlumatına görə, balkanlı mütəxəssisin ölümünə koronavirus səbəb olub.
87 yaşında dünyasını dəyişən Bariç xəstəliklə mübarizədən məğlub ayrılıb. 1952-63-cü illərdə futbolçu kimi çıxış etmiş xorvatiyalı 1964-2007-ci illərdə məşqçi kimi fəaliyyət göstərib.
1997-99-cu illərdə qardaş Türkiyədə "Fənərbaxça”nı çalışdıran balkanlı karyerası ərzində bir sıra klublara və üç yığmaya rəhbərlik edib. O, müxtəlif illərdə Xorvatiya, Albaniya və Avstriya millisinin "sükanı arxası”nda olub.
banner

Oxşar Xəbərlər