• cümə, 29 Mart, 05:58
  • Baku Bakı 7°C

Üç il davam edən Drayv

03.05.18 11:45 900
Üç il davam edən Drayv
Bu il PwC Azərbaycan Şirkətinin marşallar komandası 2018-ci il Azərbaycan Qrand Prisində sektor 1-də 42 marşaldan ibarət olan heyəti ilə uğurun üçüncü ilini qeyd edib. Keçmiş iki ildə olduğu kimi komanda yüksək nəticə və nümunəvi komanda ruhu nümayiş etdirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, bu il komandaya insan resursları departamentində çalışan keçmiş idmançı, gənc və peşəkar xanım İnara Namaliyeva başçılıq edib. Eyni zamanda, PwC Azərbaycan Şirkətinin iki nümayəndəsi - komandada Baş Müşahidəçi qismində şirkətin insan resursları və təşkilat üzrə lideri Rəna Rzayeva və yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində - İnformasiya Texnologiyaları departamentinin rəhbəri Namiq Hacıyev iştirak ediblər.
"Yarışın ən dramatik anı iki Red Bull sürücüsünün bir biri ilə toqquşması bizim sektorda baş verib. Qəzanın nəticələri qısa bir zamanda bizim marşallar tərəfindən aradan qaldırılıb; onlar yolu təmizləyib sürücülərə köməklik edib. Formula 1 yarışı ilə yanaşı, Formula 2 yarışlarından olan üç maşın bizim komanda tərəfindən bərpa edilib". - şirkətdən bildirilib.
"Bir-birinə dəstək olmaq, problemlərin həlli yollarını tapmaq, bizi bir qrup kimi və ayrı-ayrılıqda daha güclü edir. Son üç il ərzində F1 təcrübəsi bizi özümüzü sınamaq və ölkəmiz üçün əhəmiyyətli addımlar atmaq üçün böyük bir fürsət vermişdir. Komandamızın real həyatda bütün PwC dəyərlərini və məqsədlərini nümayiş etdirməsindən qürur duyuram" - deyə PwC Azərbaycanın ölkə üzrə partnyoru, Mövlan Paşayev qeyd edib.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.
© 2018 PwC. Bütün hüquqlar qorunur. PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 236,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az
banner

Oxşar Xəbərlər