• çərşənbə, 17 Aprel, 03:54
  • Baku Bakı 14°C

Üç Balkan ölkəsinin rəhbərləri vahid bazar yaratmaq niyyətindədirlər

11.11.19 21:15 1218
Üç Balkan ölkəsinin rəhbərləri vahid bazar yaratmaq niyyətindədirlər
Albaniya, Şimali Makedoniya və Serbiyanın dövlət başçıları Oxrid gölü sammitində üç ölkə arasında vahid bazarın yaradılması barədə razılığa gəliblər.
AZƏRTACxəbər verir ki, Albaniyanın Baş Naziri Edi Rama, Şimali Makedoniyanın Baş Naziri Zoran Zayev və Serbiyanın Prezidenti Aleksandr Vuçiçin bir araya gəldiyi görüşdə irəli sürülən bu fikir A.Vuçiçə aiddir. Prezident bu ideyanı "son 30 ildə Balkanlar üçün alınmış ən yaxşı qərar” olaraq adlandırıb. O vurğulayıb ki, bu ölkələr Avropa İttifaqına üzv olmaqda iddialıdır. Serbiya özü 2014-cü ildə birliyə üzv olmaq üçün danışıqlara başlayıb.
Vahid bazar fikri 2021-ci ildə insanların və ticarətin azad hərəkətini təmin etməyə yönəlib. Bosniya və Herseqovina, Monteneqro və Kosovo da layihəyə üzv olmağa dəvət olunub. İlk iki ölkə görüşə nümayəndələrini göndərsələr də, Kosovo belə bir təşəbbüsdə olmayıb.
Sözügedən təşəbbüs reallaşarsa Albaniya, Şimali Makedoniya və Serbiya vətəndaşları bu üç ölkəyə yalnız şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər. Həmçinin bu ölkələrin birindən viza almış xarici turist də eyni üstünlükdən istifadə edə biləcək.
Bununla bağlı növbəti görüş cari ilin sonunda Albaniyada planlaşdırılıb.

banner

Oxşar Xəbərlər