• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə ETSN-ə həvalə edilib

25.02.21 17:00 495
Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə ETSN-ə həvalə edilib
Bakı şəhərində yerləşən Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Ekologiya və Təbii SərvətlərNazirliyinə həvalə edilib.
Kaspi.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanında və "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Əvvəllər Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetməni İqtisadiyyat Nazirliyi həyata keçirirdi.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmçinin, gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirməli; bu fərmanda nəzərdə tutulmuş işlərin idarə edilməsini təmin etməli vəfərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” sərəncama edilən dəyişikliyə əsasən, Zığ gölündən istifadə və onun mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər həvalə edilib.Əvvəllər bu, İqtisadiyyat Nazirliyində idi.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Böyükşor və Zığ göllərinə aid bütün sənədləri və məlumatları bir ay müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verməlidir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
banner

Oxşar Xəbərlər