Böyüklər arasında taekvando üzrə respublika çempionatına yekun vurulub

Böyüklər arasında taekvando üzrə respublika çempionatına yekun vurulub

İdman
23 Yanvar 2017, 10:30 794
Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında respublika çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə ümumilikdə on çəki dərəcəsində qaliblər müəyyənləşib.
Kişilərin yarışında Fizam Mehdiyev (58 kq), Məmmədəli Quliyev (63 kq), Vladislav Subbotin (80 kq), Bayraməli Vəliyev (87 kq) və Ceyhun Həsənli (+87 kq) çempion adını qazanıblar.
Qadınlar mübarizəsində isə Nərminə Məmmədova (46 kq), Patimat Abakarova (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73kq) və Jalə Kazımova (+73 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Çempionatda komanda hesabında qalib adına "Gilan” idman klubu layiq görülüb. "Neftçi” idman klubu ikinci, Mərkəzi Ordu İdman Klubu isə üçüncü yerin sahibi olub.