• çərşənbə, 17 Aprel, 02:32
  • Baku Bakı 14°C

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

08.05.16 13:14 1035
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibəti ilə Müdafiə naziri general-polkovnikZakir Həsənovvə Silahlı Qüvvələrimizin şəxsi heyəti adından təbrik edilib.

Sonra Qələbənin 71-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub. Təşkilatın sədri istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənabİlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər