• cümə axşamı, 25 aprel, 17:21
  • Baku Bakı 23°C

Böyük Vətən Müharibəsi əlilləri pulsuz avtonəqliyyatla təmin olunacaq

30.04.14 17:41 1183
Böyük Vətən Müharibəsi əlilləri pulsuz avtonəqliyyatla təmin olunacaq
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 (üç milyon beş yüz min) manat ayrılacaq.
banner

Oxşar Xəbərlər