• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

“Böyük və qüdrətli” dil Azərbaycanda necə yaşayır?

08.06.18 15:37 709
“Böyük və qüdrətli” dil Azərbaycanda necə yaşayır?
Trud,Rusiya
08.06.2018
Müəllif: Ravil Zaripov

O qədər də uzaq keçmiş olmayan sovet dönəmində Bakı sakinləri kosmopolit olmaları, rus dilini yaxşı bilmələrilə fərqlənirdilər. O vaxtlar hətta deyirdilər ki, "bakılılar ayrıca bir millətdir”. Bəs indi necədir? Axı postsovet məkanında rus dilinin qorunması problemi getdikcə ciddiləşir.
SSRİ-i dağıldıqdan sonra, xüsusən də Xalq Cəbhəsinin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanda rus dilinin əhatə dairəsi daralmışdı. Faktiki olaraq, ölkədə bu dili sıxışdırmağa başlamışdılar. Bakının rusdilli əhalisi oradan köçdükcə, bu submədəniyyət də güclü tənəzzülə məruz qalırdı. Həmin dövrdə dünyaya gəlmiş bir çox gənc "böyük və qüdrətli” dili ya bilmir, ya da pis bilir. Bu, xüsusən bölgələrdə daha çox hiss olunur. Məsələn, bu yaxınlarda Azərbaycanın turistik Məkkəsi sayılan Qəbələ şəhərinin otellərindən birində inzibatçı ilə söhbətimiz alınmaya bilərdi. Yaşlı bir kişinin tərcüməçi rolunda çıxış etməsi vəziyyəti düzəltdi. Ümumiyyətlə, Azərbaycanın bölgələrində rus dilini əsasən yaşlı nəsil bilir.
Lakin, Azərbaycanda rus dilinin dövlət statusu olmasa da, o beynəlxalq ünsiyyət vasitəsi kimi mövqeyini qoruyub saxlayır. Bakılıların gündəlik həyatında rus dilindən istifadə olunur. Əvvəlki kimi, bu gün də ziyalıların və elitanın çox hissəsi bu dildə danışır, rus dilində çoxlu qəzet və jurnal buraxılır, kinoteatrlarda filmlər nümaiş etdirilir.
Bakıda diplomat işləyərkən yerli siyasətçilərdən birindən belə bir şey eşitmişdim: "Bizdə rus dili Azərbaycan xalqının mentallığının bir hissəsi kimi qəbul edilir. Bu üzdən də burada rus dilinin vəziyyəti sabitdir”.
Bu gün respublikanın 300 orta və 20 ali məktəbində tədris rus dilində aparılır. Bu dili 11 min şagird və 17 min tələbə öyrənir. Bu, "rus sektoru” adlanır.
Etiraf etmək lazımdır ki, Azərbaycan ərazisində rus dili 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət sayəsində qorunub. Bu gün isə "böyük və qüdrətli” dilə ölkənin prezidenti İlham Əliyev dəstək verir.
Bu il Bakıda Moskva Dövlət Universitetinin (MDU) fəaliyyətə başlamasının 10 ili tamam olur. Universitetin Bakı filialının açılışı 2015-ci ildə Azərbaycanın birinci ledisi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru və məzunu Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutub.
Filialın Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Lalə Valehova hesab edir ki, xoşbəxt bileti məhz o çəkib: "Bura bir çoxları qəbul olmaq istəyir. Rusiyanın ən yaxşı ali məktəbi, Avropanın ən aparıcı universitetlərindən birinin təhsilini və diplomunu almaq gələcək karyera üçün əla perspektiv vəd edir”.
Burada təhsilini Rusiya ali məktəblərində davam etdirmək istəyən abituriyentlərin sayı ildən-ilə artır. "Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsi Valentin Denisov deyir: "Bu gün Rusiya hökumətinin müəyyən etdiyi kvota çərçivəsində ali məktəblərimizə daxil olmaq istəyən 900 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib. Bizim nümayəndəlik Azərbaycanın Təhsil Nazirliyilə birlikdə Rusiyada təhsil alacaq 250 məzunun seçimi ilə məşğuldur. Onlara təklif olunan universitetlərin coğrafiyası Kalininqraddan Vladivostokadək uzanır”.
Azərbaycanda daha çox insan öz övladlarının rus dilində təhsil almasına çalışır. Bunun arxasında sağlam praqmatizm durur. Rus dilini bilmək böyük şirkətə işə düzəlmək üçün mütləq şərtdir. HR-menecerlərin qiymətləndirməsinə görə, Azərbaycanda əsasən logistika, satınalmalar, mühəndislik və turizm sahələrində rusdilli kadrlara tələbat var. Rusiyada işləmək perspektivinə də ayrıca önəm verilir. Hərçənd, daha az praqmatik səbəblər də var.
Rus dili, ədəbiyyatı və mədəqniyyətinin inkişafına Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi də çaşılır. Rusiyanın Azərabycandakı səfirliyi, "Rossotrudniçestvo”nun nümayəndəliyi və Azərbaycanın Təhsil Nazirliyi ilə birlikdə hər il rus dili və ədəbiyyatı üzrə olimpiada keçirilir. Bu il olipiada sayca 10-cu dəfə keçiriləcək. Ötən il bu bilik yarışında 2,5 indən çox 7-8-ci sinif şagirdi iştirak edib.
"Müasir gənclər xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir. Bu yaxşıdır. Lakin onların əksəriyyətinin Dikens və ya Stivensonu orijinal dildə oxuyacağını gözləməyə dəyməz. Biz dünya mədəniyyətini rus dili vasitəsilə öyrənmişik və öyrənirik. Bizim kitabxana fondlarımız, alimlərimiz rusdilli mənbələrə istinad etməkdədir. Bu dil Azərbaycanın mədəni inkişafında böyük rol oynayıb”, - deyə Bakı Dövlət Universitetinin Rus Dilçiliyi kafedrasının dosenti Elvira Heydərova bildirib.
Rus dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər