• cümə, 19 Aprel, 22:49
  • Baku Bakı 24°C

Böyük tədbir keçirən ölkəyə həmişə təzyiqlər olur - İspaniya jurnalisti

06.06.15 11:02 916
Böyük tədbir keçirən ölkəyə həmişə təzyiqlər olur - İspaniya jurnalisti
“Həmişə istənilən böyük tədbir keçirən ölkəyə qarşı maraqları olan digər dövlətlər əks kampaniyaya başlayır”.
APA-nın məlumatına görə, bu barədə İspaniyanın “larepublica.es” saytında Birinci Avropa Oyunları ilə bağlı dərs olunan məqalədə deyilir.
Marino Gallindo adlı idman jurnalistinin müəllifi olduğu məqalədə Azərbaycanın qədim qitəyə yeni təcrübə yaşadacağı bildirilir. Müəllif Azərbaycanın adının “Atletico de Madrid” futbol komandasının köynəyinin üzərində yer aldığını xüsusi vurğulayır. Qafqaz ölkəsinin bu oyunları keçirməkdə niyyətinin Avropanı bir araya gətirmək, eləcə də dünyaya inteqrasiya və tanınmaq olduğu qeyd edilir.
Jurnalist bu ərəfədə ölkəyə qarşı təzyiqlərin əslində gözlənilən olduğunu bildirir: “Çində keçirilən Olimpiada zamanı bu ölkəyə qarşı təzyiqlər hələ də yaddaşlardan silinməyib. Həmin vaxt ölkəyə qarşı digər siyasi və ya iqtisadi maraqları olan dövlətlər hərəkətə keçmişdi”.
1918-ci ildən bu vaxta kimi Azərbaycanla Ermənistan arasında bir neçə münaqişənin yaşandığını yazan müəllif Dağlıq Qarabağ münaqişəsini misal kimi göstərib. Azərbaycanın Avropa Oyunları ilə bağlı nəinki hər gün, hər saat ciddi səylə çalışdığına diqqət çəkən jurnalist Avropa Olimpiya komitəsinin sədri Patrik Hikkinin hazırlıqlarla bağlı vəziyyətin qənaətbəxş olmasını barədə açıqlamasını qeyd edib.
banner

Oxşar Xəbərlər