• şənbə, 20 Aprel, 16:52
  • Baku Bakı 23°C

“Böyük ömrün dastanı” əsəri əsasında kompozisiya nümayiş olunub

12.12.17 18:28 2381
“Böyük ömrün dastanı” əsəri əsasında kompozisiya nümayiş olunub
Azərbaycan Dillər Universitetində (ADU) Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı” əsəri əsasında səhnələşdirilən və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbir ADU ilə Şuşa Dövlət Musiqili Dram Teatrı arasıındakı əməkdaşlıq çərçivəsində baş tutub.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev iştirakçıları salamlayaraq Şuşa Dövlət Musiqili Dram Teatrını universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin anım günü olduğunu xatırladaraq tədbirin onun əziz xatirəsinə həsr olunduğunu söyləyib. Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu deyən Ə.Əliyev onun Azərbaycanı məhv olmaqdan xilas etdiyini sözlərinə əlavə edib. O, vurğulayıb ki, Heydər Əliyev ADU-nun müstəqil universitet kimi fəaliyyət göstərməsində də mühüm rol oynayıb.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən nümayiş olunan kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər