AZE | RUS | ENG |

Böyük futbol 11 il sonra Naxçıvanda

Böyük futbol 11 il sonra Naxçıvanda
Yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasında yenidən peşəkar futbol klubu fəaliyyətə başlayacaq. Lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov martın 18-də keçirilmiş müşavirə zamanı bu barədə tapşırıq verib. Artıq Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası peşəkar klubun formalaşdırılması istiqamətində işlərə başlayıb. Yenə “Araz” adı altında fəaliyyət göstərəcək klubun nizamnaməsi hazırlanır və tezliklə Ədliyyə Nazirliyinə təqdim olunacaq. Komandanın növbəti mövsümdən Azərbaycan çempionatının I divizionunda iştirakı nəzərdə tutulub. Mənbə bildirir ki, Naxçıvanda futbol klubunun bərpası istiqamətində işlərə bir müddət öncə Lent.az-da dərc olunmuş yazı da təkan verib. Həmin yazıda naxçıvanlı iş adamlarının digər klublara sponsorluq etdikləri halda, doğma regionda komandanın yaradılmasına maraq göstərməmələri vurğulanıb. Blokada şəraitində 500 minədək əhalinin yaşadığı Naxçıvanda futbol klubunun fəaliyyətinin siyasi cəhətdən də önəmli olacağı qeyd edilib. Naxçıvan Muxtar Respublikası artıq 10 ildən çoxdur futbol üzrə Azərbaycan çempionatlarında təmsil olunmur. Halbuki, 1950-ci illərdə yaradılmış Naxçıvanın “Araz” klubu 1989-cu ilə kimi futbol üzrə SSRİ çempionatının 2-ci dəstəsində çıxış edib. SSRİ dağıldıqdan sonra “Araz” fəaliyyətini dayandırsa da, 2001-ci ildə yenidən formalaşdırılıb və Azərbaycan çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu, uzun çəkməyib. 2002-ci ildə komanda maliyyə problemləri üzündən dağılıb. Naxçıvanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Rafael Bünyatov Lent.az-a açıqlamasında bildirib ki, artıq Muxtar Respublikada peşəkar futbol klubunun yaradılmasına hazırlıq işləri gedir: “Bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib. Növbəti yeniliklər barədə ictimaiyyəti məlumatlandıracağıq”. Qeyd edək ki, “Xalq” qəzeti 19 mart sayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirə barədə məqalə dərc edib. Həmin yazıya əsasən, müşavirədə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarovla yanaşı, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev də iştirak edib. Ali Məclisin sədri Vasif Talıbov konkret idman növünün adını çəkməsə də, idmanın inkişafı istiqamətində əldə olunmuş nəticələrin daha da yaxşılaşdırılması məqsədilə fəaliyyətin gücləndirilməsi, buraxılmış nöqsan və çatışmazlıqlar aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805