• cümə, 29 Mart, 04:12
  • Baku Bakı 7°C

“Böyük dəbilqə” turnirində daha 4 cüdoçumuz mübarizəyə qoşulur

26.10.19 16:30 1271
“Böyük dəbilqə” turnirində daha 4 cüdoçumuz mübarizəyə qoşulur
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "Böyük dəbilqə” turnirinin üçüncü günündə 4 cüdoçumuz mübarizəyə qoşulacaq.
AZƏRTACxəbər verir ki, kişilər arasında Zelim Kotsoyev (100 kq), Şahin Qəhrəmanov, Uşangi Kokauri (hər ikisi 100 kq-dan yuxarı), qadınların yarışında İrina Kinderzka (78 kq-dan yuxarı) güclərini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Komandamızın üzvü Orxan Səfərov (66 kq) "Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.
Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.
"Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.
banner

Oxşar Xəbərlər