AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

İdman
22 Fevral 2020, 09:37 1385
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Salvador Kases Roka (İspaniya) - Keysey Nakano (Filippin) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev isə Ahmed Alikaj (Beynəlxalq Cüdo Federasiyası) - Aleksandru Raicu (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq.
81 kq-dakı Hidayət Heydərov Almaniya təmsilçisi Aleksandr Veçerzakla, bu çəkidəki Murad Fətiyev isə monteneqrolu Neboysa Qardaseviçlə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 cüdoçusu medal qazana bilməyib. Fevralın 23-də Azərbaycanın 4 kişi və 1 qadın cüdoçusu qüvvəsini sınayacaq.