AZE | RUS | ENG |


Böyük Britaniyanın baş naziri: "Əminəm ki, yeni kontrakt Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcək"

Böyük Britaniyanın baş naziri:
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Bakıda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar təbrik məktubu göndərib.
 
APA-nın  məlumatına görə, məktubu mərasimdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan oxuyub.
 
Təbriki oxumazdan öncə A. Dunkan Azərbaycanın tərəqqisinin şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.
  
T. Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra "Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhanneft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində - Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002