• çərşənbə, 24 Aprel, 23:48
  • Baku Bakı 23°C

Böyük Britaniyada yeni kabinet formalaşdırılıb

25.07.19 13:45 12561
Böyük Britaniyada yeni kabinet formalaşdırılıb
Böyük Britaniyanın Baş Naziri Boris Conson yeni kabinetini formalaşdırıb.AZƏRTACBBC telekanalının saytına istinadla xəbər verir ki, bu gün səhər Nazirlər Kabinetinin ilk iclası keçiriləcək və hökumətin başçısı İcmalar Palatasında çıxış edəcək.
Əvvəllər Xarici İşlər və Daxili İşlər nazirləri olmuş Dominik Raab və Priti Patel yenidən hökumətə qayıdıblar. Tereza Meyin kabinetinin üzvlərinin yarısı istefaya göndərilib və Ceremi Hantın yerinə Sədcid Cavid Dövlət katibi və Maliyyə naziri təyin edilib. Bundan başqa, Stefen Barklay Brexit üzrə nazir, Ben Vallas Müdafiə naziri, Liz Truss Beynəlxalq Ticarət naziri, Matt Hankok Səhiyyə naziri, Gavin Villyamson Təhsil naziri, Niki Morqan Mədəniyyət naziri, Amber Rudd Əmək və Təqaüdlər naziri təyin olunublar.
banner

Oxşar Xəbərlər