• cümə axşamı, 25 aprel, 08:51
  • Baku Bakı 14°C

Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib

24.02.18 23:55 443
Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib
Fevralın 23-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəXocalısoyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1994-cü ildə erməni təcavüzkarları tərəfindən törədilən və 613 nəfər mülki vətəndaşın qətlə yetirildiyiXocalısoyqırımı haqqında qonaqlara qısa məlumat verib və bugünkü tədbirin soyqırım qurbanlarının xatirəsinin anım mərasimi olmaqla yanaşı, bütün maneə və çətinliklərə baxmayaraq əyilməyən ümumxalq ruhunun təntənəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən çıxış edərəkXocalısoyqırımının növbəti ildönümü münasibəti ilə rəhbərlik etdiyi parlament qrupunun adından imzaladığı, Azərbaycan prezidenti cənabİlham Əliyevə ünvanlanmış başsağlığı məktubunun mətnini qonaqlara oxuyub, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarını heç vaxt erməni torpağı kimi tanımayacaqlarını və bu torpaqların tezliklə azad olunacağına ümid etdiklərini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Milli Məclisin üzvü, Azərbaycan-Britaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Cavanşir FeyziyevXocalısoyqırımının ermənilərin Azərbaycana qarşı 200 ildən çoxdur davam edən təcavüzkar siyasəti nəticəsində törədilmiş onlarca qanlı hadisələrdən yalnız biri olduğuna diqqət çəkib.
Avropa-Azərbaycan Cəmiyyətinin London ofisinin direktoru Lionel Zetter də çıxış edərəkXocalıhadisələrinin qurbanları fonunda münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyondan artıq azərbaycanlı əhalinin taleyinə diqqət çəkib.

Sonda, Britaniya-Azərbaycan Evinin rəhbəri Ali Atalar Ermənistanın Azərbaycan xalqına qarşı 20-ci əsrin əvvəllərindən başlayan soyqırım siyasəti nəticəsində baş vermiş qanlı hadisələr barədə danışıb.

Çıxışlardan sonra qonaqlaraXocalısoyqırımı ilə bağlı beynəlxalq mükafatlara layiq görülmüş "Running from the Darkness - Zülmətdən qaçarkən” adlı sənədli film nümayiş olunub. Daha sonra qonaqlara soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş ehsan verilib.

Tədbirdə Britaniya parlamentinin Lordlar və İcmalar palatasının üzvləri, Azərbaycanın Britaniyadakı Səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibət bəsləyən Britaniya və digər xarici ölkələrin vətəndaşları, eləcə də media nümayəndələri olmaqla təxminən 60 nəfər iştirak edib.
banner

Oxşar Xəbərlər