• cümə, 19 Aprel, 02:01
  • Baku Bakı 18°C

Böyük Britaniya parlamentinin deputatları Culian Assanjın İsveçə təhvil verilməsini istəyirlər

14.04.19 16:39 532
Böyük Britaniya parlamentinin deputatları Culian Assanjın İsveçə təhvil verilməsini istəyirlər
Böyük Britaniya parlamentinin deputatları "WikiLeaks” saytının yaradıcısı Culian Assanjın İsveçə təhvil verilməsini istəyirlər.
AZƏRTAC xəbər verir ki, 70-ə yaxın deputat bununla bağlı hökumətə çağırış edib.
Xatırladaq ki, Culian Assanj bir sıra hökumət rəhbərlərinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks”i 2006-cı ildə təsis edib. O, 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi. Aprelin 11-də Ekvador hökuməti ona siyasi sığınacaq verməkdən imtina edib və o, Britaniya polisi tərəfindən həbs olunub.
banner

Oxşar Xəbərlər