• şənbə, 20 Aprel, 09:41
  • Baku Bakı 14°C

Böyük Britaniya parlamentində qadın deputatların sayı artıb

14.12.19 11:30 427
Böyük Britaniya parlamentində qadın deputatların sayı artıb
Böyük Britaniya parlamentinin İcmalar Palatasına keçirilən növbədənkənar seçkilərdə qadın deputatların sayı bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
AZƏRTACxəbər verir ki, cümə axşamı keçirilən seçkilərdə parlamentdəki 650 yerdən 220-sini qadın deputatlar tutub.
Seçkilərdə 203 yer qazanan Leyboristlər 104 qadın deputatla parlamentdə ən çox zərif cinsin nümayəndələri ilə təmsil olunan partiya olub. Mühafizəkarlar partiyasından isə 87 qadın deputat seçilib.
banner

Oxşar Xəbərlər